• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 15.03.2017 12:54

Sillə ilə başlayan dava qətllə yekunlaşdı

KepezTV Player

Qaxda 4 gün əvvəl çaydan ölmüş vəziyyətdə tapılan qadının qətlə yetirildiyi məlum olub. Qax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri xüsusi əməliyyat-axtarış tədbirləri nəticəsində qatil həbs edilib.

Martın 11-i Qax rayonu, Əlibəyli kənd inzibati ərazisindən axan çaydan ölmüş halda tapılan, Mingəçevir şəhər sakini 35 yaşlı Gülnar İbrahimovanın Yevlax şəhər sakini 48 yaşlı Mail Məmmədov tərəfindən öldürüldüyü müəyyən edilib. Belə ki, martın 8-də Mail Məmmədov Gülnar İbrahimova ilə birlikdə Yevlax rayonu Xanabad kəndi ərazisində fəaliyyət göstərən yeməkxanalardan birində yeyib içən zaman aralarında mübahisə düşüb. Bu zaman Mail Məmmədov Gülnara bir neçə sillə vurub. Sərxoş vəziyyətdə olan Gülnar huşunu itirib. Məmmədov huşsuz vəziyyətdə olan qadını Qax rayonuna gətirərək, Əlibəyli kəndi ərazisindən axan çaya atıb. Gülnar İbrahimova çaya atılan zaman huşu özündə olmayıb. O, suda boğularaq ölüb. Əvvəllər Rusiyada cinayət törətdiyinə görə məhkumluq həyatı yaşayan Mail Məmmədov Qax RPŞ-nin əməkdaşları tərəfindən Yevlax şəhəri ərazisində tutularaq istintaqa təhvil verilib. Faktla bağlı Qax Rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır.

Zülfiyyə Telmanqızı