• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1954
— 13.03.2017 14:19

Külli miqdarda siqaret, telefon və qaz balonları müsadirə edildi

KepezTV Player

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan Azərbaycan vətəndaşının avtomobilinə baxış keçirilib.Gömrük yoxlaması zamanı avtomobilin ayaqaltılarının, ön və arxa oturacaqlarının altından gömrük nəzarətindən gizlədilən 8 min ədəd siqaret, nəqliyyat vasitəsinin yük yerindən və salonundan 2 ədəd telefon, arxa oturacağın üzərindən və yük yerindən 6 ədəd kondisionerlərdə istifadə edilməsi nəzərdə tutulan qaz balonu aşkar edilib. Daha sonra sürücünün üzərinə gömrük baxışı keçirilib və müxtəlif markalı 5 ədəd mobil telefon aşkarlanıb.  Faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı