• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1420
— 10.03.2017 13:01

Narkotikin təsirinə düşdü, quldurluq etdi

KepezTV Player

 Narkotik və onunla bir yolun seçimi. Bu xeyirsiz yolda yolçuluq edən hər kəsin uğuru daşa dəyib. Bu dəfə fərqli olmadı. Ağlı başdan alan vasitə birini quldurluğa sövq etdi. Kiminsə haqqı olanı nahaq yerə almağa çalışan şəxs cavab verməli olacaq.

Quldurluq cəhdi baş tutmayıb. Girdiyi evin sahibinin onun qarşısına çıxması planlarını pozub. Belə ki, Abşeronun Hökməli qəsəbəsi, Rəsulzadə küçəsi 37 ünvanında yaşayan Sahibə Mirzəyeva Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət edərək evinə girən quldurun onu bıçaqla hədələyərək pul tələb etdiyi barədə məlumat verib. Zərərçəkən bildirib ki, quldur onun ərini gördükdə qaçıb. Qadının həyat yoldaşı Habil Soltanov da iddiaları təsdiqləyib. Rayon Polis İdarəsinin əməliyyatçıları şikayət əsasında əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Nəticədə quldurluq hadisəsini törətməkdə şübhəli bilinən 28 yaşlı Səbuhi Həmidovu yaxalayıblar. Narkotik istifadəçisi olduğunu bildirən Hökməli sakini Səbuhi Həmidov əməlini etiraf edib. O, cinayəti narkotik vasitənin təsiri ilə törətdiyini bildirib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.
 

Zülfiyyə Telmanqızı