Gəncə ŞBPİ, Nizami və Kəpəz RPİ əməkdaşları keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə ötən il noyabr ayının 19-da şəhər sakini Vilayət Abbasovun 4000 manat, 67 ABŞ dolları və 11150 rubl pulunu soyğunçuluq yolu ilə almaqda şübhəli bilinən Samux rayon sakini, əvvəllər məhkum olunmuş Yaşar Nağıyev və Abbas Abbasovu tutublar. Bundan başqa, Kəpəz RPİ əməkdaşları yanvarın 6-da Gəncə şəhəri ərazisindəki evlərdən birindən 2000 ABŞ doları, qızıl və məişət əşyalarını oğurlamaqda şübhəli bilinən şəhər sakini Firuddin Həsənovu saxlayıblar.
Zülfiyyə Telmanqızı
- Baxış: 1941