![](http://mail.kepeztv.az/sites/default/files/styles/newsdetail/public/MercedesAMG-GT-Concept-9-1068x709.jpg?itok=wJDxeLre)
Nəhayət ki, İsveçrənin Fransa ilə sərhəddə yerləşən Cenevrə şəhərində avtomobil şousu başladı. Burada keçirilən avtomobil sərgisində Mercedes-AMG GT Concept görüntülənib. 4 qapılı, 800 at güclü motora sahib maşın parlaq idman dizaynı əldə edib. Geniş salonu olan prototipin güc sisteminə 4,0 litrlik V8 tvin-turbo mühərrikli hibrid sistemi cavabdehdir. Daxili yanma mühərriki elektromotorla birgə 800 at gücü yığır, bu isə kifayət qədər cəlbedicidi göstəricidir.
Cavanşir Məmmədzadə
- Baxış: 443