• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2269
— 07.03.2017 10:58

Bugatti ilk üç Chiron hiperkarını müştərilərinə çatdırdı

Bugatti şirkəti Chiron hiperkarının ilk üç nümunəsini alıcılarına çatdırıb. Avtomobillərin yığılma və hazırlanma prosesi xüsusi videoçarxla nümayiş olunub. Bu il “Şiron”dan cəmi 70 ədəd istehsal olunacaq. Kupe Bugatti Chiron ötən ilin fevralında debüt etmişdi. Tam ötürücü sistemə malik hiperkar 1500 at güclü 8 silindrli W16 turbomotor və 7 pilləli robotlaşdırılmış sürət qutusu ilə hərəkətə gəlir. Modelin ilk “yüzü” yığması üçün 2,5 saniyə lazımdır. Maksimal sürət isə 420 km/saata bərabərdir. Chironun qiyməti 2,4 milyon avrodan başlayır. Ümumilikdə isə bu hiperkardan 500 ədəd hazırlanacaq. Təxminən 220 Chiron sifariş olunub. Əgər indi sifariş etsəniz, o zaman bu maşına 3 ildən sonra qovuşa biləcəksiz.

Cavanşir Məmmədzadə