• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1957
— 06.03.2017 19:29

Nişanı qaytaran qızın canına elə nişanlısı qıydı

KepezTV Player

Qulağımızın gündə bir söz eşitməsi adət halını alıb. Bəlkə də, kar olmağın qorxusundan... Amma bəzən xəbərsizlikdən deyil, xəbərdən qulaqlar kilidlənir. Səhər açılar açılmaz nişanlı qızın öldürülməsi ilə bağlı eşitdiyimiz xəbər isə nəinki qulağımızı, nitqimizi belə kilidlədi. Amma beynimizi açmağın zamanıdır xanımlar və cənablar, beynimizi. Çünki bu gün nişanlısı tərəfindən qətlə yetirilən İlahə cəmiyyət üçün ilk faciə qurbanı deyil. Və çox güman ki, son da olmayacaq. Sonun olması üçün sağlam olmayan düşüncənin sonu olmalıdır. Məsələn İlahənin istəyi olmadan onu güclə özünə həyat yoldaşı etmək istəyən Nəcəfin əks təqdirdə onu həyatdan etməsi kimi manqurt düşüncənin...

Usta işləyən 31 yaşlı Nəcəf 26 yaşlı İlahəni dayısının evində təmir işləri aparan zaman görüb və 6 ay öncə onlar nişanlanıblar. Bu müddət ərzində ünsiyyətdə olduqdan sonra İlahə ailələrində Nəcəflə xasiyyətlərinin uyğun gəlməməsi haqqında söhbət açıb. Uzun müzakirələrdən sonra nişanın qaytarılması qərarına gəlinir. Bu qərarı oğlan evi sakit qarşılasa da, oğlan əks addım atır.

Daha sonra Nəcəf ərazini tərk edib. İlahənin kiçik bacısı Rəhimə isə yaralı halda sürünərək, qonşuluqda yaşayan dayısıgilə xəbər verib. Yaralı bacılar qohumları tərəfindən xəstəxanaya çatdırılarkən boğaz nahiyəsindən bıçaqlanan İlahə Ağayeva dünyasını dəyişib. 20 yaşlı Rəhimə Ağayeva isə 3 saylı şəhər klinik xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyyətini ağır kimi qyimətləndirir. Hadisəni törətməkdə şübhəli bilinən Nəcəf Məcidov məsuliyyətdən yayınmaq məqsədi ilə qaçaraq gizlənib. Xəzər rayon polis idarəsi və prokurorluq əməkdaşlarından ibarət əməliyyat istintaq qrupu onun yaxın zamanlarda yaxalanaraq istintaqa cəlb ediləcəyini bildiriblər. Faktla əlaqədar başlanan Cinayət işi üzrə araşdırmalar davam edir.

Zülfiyyə Telmanqızı