Saxa (Yakutiya) Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib.
Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 1 gümüş və 1 bürünc medalla başa vurub.
Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medalla kifayətlənib. 74 kq-da yarışan Abubakr Abakarov isə turnirin bürünc medalına sahib olub.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.
Azad Rəfi
- Baxış: 322