• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1900
— 04.03.2017 15:59

Qərb bölgəsinin abituriyent və tələbələri xaricdə təhsil almaq üçün lazım olan beynəlxalq sertifikatı artıq Gəncədə əldə edə biləcək

KepezTV Player

Beynəlxalq İngilis Dili Test Sistemi İmtahanlarını müvəffəqiyyətlə vermək üçün Gəncə Dövlət Universitetində sınaqlar təşkil edilib. 

Artıq Qərb bölgəsinin sakinləri İELTS sertifikatını qazanmaq üçün digər şəhər və ölkələrə getməyəcəklər. Çünki, bu ildən...

Aytən Babayeva- coordinator: “GDU- da ayda bir dəfə rəsmi İELTS sertifikat imtahanı, ayda bir və iki dəfə isə rəsmi İELTS sınaq imtahanı təşkil edilir”.

Bu gün keçirilən sınaq imtahanları paralel olaraq Bakı, Sumqayıt və Naxçıvanda da reallaşıb. 

Kamran Yusibov- imtahan verən: “Öz minnətdarlığımı bildirirəm ki, belə bir dünya səviyyəli vacib imtahan Gəncə şəhərində keçirilir”.

İELTS xaricdə təhsil və karyera üçün tələb olunan sertifikatdır.

Elmar Səlimov -CRBS-in şöbə müdiri: “Biz istəyirik ki, həm sınaq, həm də rəsmi imtahanları digər rayonlarda da keçirək. Yaxın zamanlarda GDU-da İELTS ilə bağlı hazırlıq kursları da təşkil edəcəyik. Çünki, Gəncədə belə səviyyəli kurslar yoxdur”.

Beynəlxalq İngilis Dili Test Sistemi imtahanları dilin qiymətləndirilməsinin ən yüksək beynəlxalq standartları hesab olunur və özündə dinləmə, oxuma, yazı və danışıq bacarıqlarını ehtiva edir.

Xəyalə Mürsəl