• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1295
— 03.03.2017 16:19

Gəncədə vətəndaşları təhlükəli dəmir relslərin üzəri ilə hərəkət etməyə nə vadar edir, keçid olduğu halda...

KepezTV Player

Gəncədə Vağzalaltı Məhəlləyə piyada gedən sakinlər dəmiryolunun üzərindən keçməklə gedib-gəlir. Onlar relslərin üzərilə hərəkət etməklə bir növ həyatlarını da təhlükəyə atmış olurlar. Baxmayaraq ki, ərazidə 60 metr uzunluğu olan yerüstü keçid var. Körpü-keçiddən imtinaya hərə bir əsas gətirir.

Alidə Hüseynova- sakin: “Körpünün üstündən keçəndə baş hərlənir. Mən cavanam, mənim başım hərlənir, o da qaldı qocalar. Mənə elə gəlir ki, keçəndə baş hərlənib yıxıla bilər, ona görə istifadə etmirik”

Tahir Məmmədov- sakin: “Əvvəllər istifadə etmişəm. Amma indi ayaqlarım ağrıyır deyə çıxammıram. Əslində belə təhlükəlidir”.

Xəyalə Mürsəl