• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1872
— 03.03.2017 10:39

Ev heyvanlarını daşımaq üçün nəzərdə tutulan avtomobil hazırlandı

Nissan şirkəti ev heyvanları ilə səyahətə çıxmağa imkan verən yeni konseptual krossover hazırlayıb. Avtomobil X-Traile modelinin bazasında yığılıb və adına 4Dogs əlavə olunub. Heyvanların komfortla daşınması üçün maşının baqaj yeri tamamilə dəyişdirilib. Krossoverdə duş da var ki, yuyundurulduqdan sonra iti xüsusi fenlə qurutmaq olar. Özəl qurğu ilə heyvanın baqaja daxil olması asanlaşır və sahibi təmiz qalır. Baqajda isti hava verən sistem də var. Həmçinin yemək və içmək üçün dispenser də quraşdırılıb. Yuvanın ayaqaltısı təmizlənə bilən premial dəri materialındandır. Baqaj salondan xüsusi şəkildə ayrılır. Maşında həmçinin digər yüklər üçün də yer gözə dəyir. NissanConnect əyləncəli informasiya sistemi vasitəsilə sürücü və sərnişinlər ev heyvanını izləyə bilərlər.

Cavanşir Məmmədzadə