• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 03.03.2017 10:35

Xiaomi Mi 5C rəsmi olaraq təqdim olundu

Xiaomi şirkəti rəsmi olaraq Xiaomi Mi 5C-ni təqdim edib.Yeni smartfon, şirkətin ilk özəl Surge S1 prosessorunu özündə birləşdirən cihazdır. Xiaomi Mi 5C, keçən il satışa çıxmış Mi 4C-in davamçısıdır. Smartfon, metal korpusa və barmaq izi skanerinin inteqrasiya olunduğu Home düyməsinə sahibdir. Texniki göstəricilərinə gəldikdə isə Xiaomi Mi 5C, 5.15 düymlük Full HD ekran, 8 nüvəli Xiaomi Surge S1 prosessoru, 3 GB RAM, 64 GB daxili yaddaş, 2860 mAs enerji tutumlu batareya, 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Cihaz Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. Xiaomi Mi 5C, bu gündən 218 dollara satışa çıxarılır.

Cavanşir Məmmədzadə