• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 950
— 02.03.2017 19:06

Yenə ağ ölüm, yenə ona aparan yol

KepezTV Player

Bu xeyirsiz yolda yolçuluq edən çoxlarının uğuru daşa dəyib. Hətta saçı ağaranlar da var.

Daxili işlər orqanları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib. Binəqədi Rayon Polis İdarəsi əməkdaşları Bakı sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Hacıyevi şübhəli şəxs qismində Biləcəri qəsəbəsində saxlayıblar. Onun üzərinə baxış keçirilən zaman 45,610 qram tiryək və 4,47 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq saxlanılan şəxsin Biləcəri qəsəbəsindəki kirayə yaşadığı evə baxış zamanı oradan ümumi çəkisi 1 10 kiloqramdan artıq marixuana və 4 kiloqram 610 qram tiryək aşkar edilərək götürülüb.

Faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləridavam etdirilir.
 

Zülfiyyə Telmanqızı