• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1683
— 02.03.2017 10:03

Lenovo şirkəti Moto G5 və Moto G5 Plus smartfonlarını təqdim etdi

Moto brendinin sahibi "Lenovo” şirkəti, beynəlxalq sərgidə Moto G5 və Moto G5 Plus modellərini təqdim edib. Bu modellərdən başlayaraq şirkət yalnız Lenovo Moto brendi altında öz yeni cihazlarını göstərəcək. Hər iki smartfon metal korpusa və eyni dizayna sahib olmaqla yanaşı, həm də Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Lenovo Moto G5, 5 düymlük Full HD ekran, 8 nüvəli Snapdragon 430 prosessoru, 2 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 2800 mAs enerji tutumlu batareya, 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Yeni smartfonlarda istehsalçılar əsas diqqəti yalnız dizayna deyil, həmçinin kameralara da ayırıblar. Belə ki, keyfiyyətinə görə kameralar, Moto Z Play modelindəkinə bənzəyir. Yəni onlar flaqman səviyyəsindədirlər. Sözügedən model 2 gün ərzində rahatlıqla şarjsız işləyir.

Lenovo Moto G5 Plus isə daha təkmilləşdirilmiş texniki göstəricilərlə ortaya çıxıb. O, 5.2 düymlük Full HD ekran, 8 nüvəli Snapdragon 625 prosessoru, 2/4 GB RAM, 64 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAs enerji tutumlu batareya (Turbo Charging sürətli enerji yığma texnologiyası ilə), 12 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.

 

Cavanşir Məmmədzadə