• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1808
— 02.03.2017 10:01

Yeni Galaxy Tab S3 və Galaxy Book

Barselonada keçirilən Mobil Dünya Konqresində yaddaqalan təqdimatlardan biri də Samsung-dan gəlib. Koreyalılar bu konfransda yeni 5G texnologiyası və bu texnologiya üçün cihazlarını, eyni zamanda, 2 yeni tablet modelini və yenilənmiş Gear VR üçün kontroller nümayiş etdirib. Təqdimatda 5G-nin üstünlükləri, sürəti və gələcəyi haqqında danışılmaqla yanaşı, Samsung-un 2 yeni 5G üçün məhsulu göstərilib. 5G Home Router və 5G Radio Base Station cihazları Koreya, Yaponiya və Amerikada pre-kommersial testdən keçəcək. Samsung şəbəkənin təmin olunması ilə bağlı Verizon ilə əməkdaşlıq edir. Görünən odur ki, bir neçə test mərhələsindən sonra Samsung bu məhsullarını kütləvi satışa çıxaracaq. Samsung təmsilçiləri eyni zamanda bu layihəyə böyük miqdarda investisiya yatırdıqlarını və layihədən böyük nəticələr gözlədiklərini dilə gətiriblər. Sürpriz 5G texnologiyasından sonra Samsung-un 2 yeni məhsulu Galaxy Tab 3S və Galaxy Book təqdim olunub. Galaxy Note seriyasının daha böyük versiyası sayılan Tab 3S gücünü Qualcomm Snapdragon 820 prosessorundan alır. 9.7 düymlük böyüklüyə sahib olan Tab S3-ün ekranı 1536x2048 piksel sıxlığına malikdir. Galaxy Note seriyasında olduğu kimi yenilənmiş S Pen ilə təqdim olunan tabletin 4 GB operativ yaddaşı var. Arxada isə 13 MP-lik kamera öz yerini tutub. 64 GB-lıq daxili yaddaş bir tabletə kifayət edəcək qədərdir. Android 6.0 Marshmallow ilə qutudan çıxan tabletin klaviatura dəstəyi də mövcuddur. 6000 mAs batareya, bu ekran və ölçü üçün normal görünür. Tab S3 429 qram ağırlıqdadır. 4 səsgücləndiri isə avtomatik olaraq tabletin çevrilməsini hiss edə bilir və hərəkətə görə tənzimlənir. 10 və 12 düyümlük versiyaları ilə təqdim olunan Galaxy Book isə ən çox diqqət çəkən məhsullardandır. Microsoft ilə ortaq çalışma nəticəsində meydana gələn Galaxy Book, Windows 10 əməliyyat sistemi ilə işləyir. Intel core i7 prosessoru ilə isə mükəmməl performans vəd edir. Eynilə Tab S3-də olduğu kimi burada S PEN və klaviatura dəstəyi var. Galaxy Book, qutusundan stilus qələmi və klaviaturası ilə birgə çıxır. Sürətli enerji yığma funksiyası 2 USB portu ilə diqqətləri üzərinə çəkir. Son olaraq Samsung, yenilənmiş Gear VR üçün kontroller sərgiləyib. Bu kontroller Oculus və Samsung-un ortaq çalışması əsasında ərsəyə gətirilib.

 

Cavanşir Məmmədzadə