• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1084
— 01.03.2017 14:59

Südçülükdə məhsul qıtlığı yaşanır

KepezTV Player

Fermerlər iddia edirlər ki, südçülükdə lazımi məhsuldarlıq əldə edilmir. Mütəxəssislər isə bunun səbəbini düzgün olmayan qidalanmayla əlaqələndirirlər. Qaba, sulu yemlə yanaşı, qüvvəli yem qarışıqlarından da istifadə olunmalıdır - deyən mütəxəssislər təsərrüfatların çoxunda buna əməl edilmədiyini deyirlər. 

Suliddin Abbasov- mütəxəssis: “Bunun tərkibində sink, dəmir, kobalt, manqan, yod qarışığı var. Bunda isə A, D, E, C kimi vitaminlər var ki, onlar da südün məhsuldarlığını artırır. Bunun kq-ı 3 manatdır, 100 qr verəndə o deməkdir ki, heyvan başına 30 qəpik sərf olunur. 30 qəpiklə orta hesabla 3 kq süd artırırsan”.

Xəyalə Mürsəl