• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1401
— 01.03.2017 13:14

Bakıda qətl törətdi, Qazaxda tutuldu

KepezTV Player

Söhbət ötən gün xəbər verdiyimiz qətl hadisəsindən gedir. Suraxanı polisi və Qazax rayon Polis Şöbəsi əməkdaşlarının apardıqları əməliyyat-axtarış tədbirləri ilə Bakı şəhəri, Suraxanı rayonunun Hövsan qəsəbəsində Anjelika Morozovanın başına torba keçirərək onu boğub qətlə yetirən Qazax rayon sakini Namiq Vəkilov saxlanılıb. Xatırladaq ki, 54 yaşlı qadının meyiti evində aşkar edilib. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Qadının 3 gün əvvəl qətlə yetirildiyi müəyyən edilib. Onun rus magiyası ilə məşğul olduğu və tək yaşadığı bildirilir. 

Zülfiyyə Telmanqızı