Futbol üzrə Azərbaycan Premyer Liqasında 2-ci tura yekun vurulub. İkinci oyun gününün ilk qarşılaşmasında lider "Qəbələ" səfərdə "Kəpəz"in qonağı olub. İlk dəqiqələrindən meydan sahibləri təhlükəli hücumlar reallaşdıraraq qol vurmağa daha çox can atıblar. Sarı-göylər istəklərinə 36-cı dəqiqədə çatıblar. Cərimə meydançasında yaranan qarışıqlıqdan maksimum yararlanan Şəhriyar Rəhimov hesabı komandasının xeyrinə dəyişib. Qoldan 2 dəqiqədə sonra hər iki kollektiv meydanda azlıqda qalıb. Yarımmüdafiəçilər Nicat Qurbanov və Nika Kvekveskiri arasında yaranan xoşagəlməz hadisə nəticəsində hər iki oyunçu qırmızı vərəqə alaraq meydandan qovulub. Bu hesabla barışmayan qonaqlar ikinci yarının əvvəlində bərabərliyi təmin ediblər. 54-cü dəqiqədə avtoqola imza atan Renan da Silva status-kvonun bərpa olunmasına şərait yaradıb. Bu qol həm də qarşılaşmanın yekun hesabı olub. "Kəpəz" 1- "Qəbələ" 1
Günün digər oyununda “Qarabağ” öz meydanında “İnter”i qəbul edib və 0:1 hesabı ilə uduzub.
Azərbaycan Premyer Liqası
XX tur
28 fevral (çərşənbə axşamı)
“Kəpəz” – “Qəbələ” - 1:1
Qollar: Şəhriyar Rəhimov, 36 - Renan Silva, 54 (avtoqol)
Qırmızı vərəqələr: Nicat Qurbanov, 38 - Nika Kvekveskiri, 38
Mövsümün ilk iki oyunu: 0:2, 1:2
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Orxan Məmmədov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Şahin Cəfərov
Gəncə şəhər stadionu
“Qarabağ” – “İnter” - 0:1
Qol: Zurab Xizanişvli, 72
Mövsümün ilk iki oyunu: 1:2, 0:0
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Nahid Əliyev, Ziya Nəsirov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
“Azərsun Arena”
1. |
Qəbələ |
20 |
12 |
7 |
1 |
39-11 |
43 |
2. |
Qarabağ |
20 |
13 |
3 |
4 |
32-11 |
42 |
3. |
İnter |
20 |
9 |
9 |
2 |
31-19 |
36 |
4. |
Zirə |
20 |
7 |
5 |
8 |
18-21 |
26 |
5. |
Sumqayıt |
20 |
6 |
7 |
7 |
20-24 |
25 |
6. |
Neftçi |
20 |
6 |
2 |
12 |
15-33 |
20 |
7. |
Kəpəz |
20 |
3 |
8 |
9 |
13-23 |
17 |
8. |
AZAL |
20 |
1 |
5 |
14 |
8-34 |
8 |
Bombardir: Filip Ozobiç (“Qəbələ”) – 11.
Orxan Cəfərzadə
- Baxış: 265