• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1909
— 01.03.2017 10:01

LG G6 rəsmi olaraq təqdim olundu

LG G5 ilə bazara yenilik gətirən Cənubi Koreya nəhəngi özünün növbəti flaqman model smartfonunu - LG G6-nı təqdim edib. Lakin bu dəfə təqdim olunan model sələfindən böyük ölçüdə fərqlənir. Yeni G6 dizayn, ekran ölçüsü və texniki göstəriciləri ilə diqqətləri öz üzərinə çəkir.

Dizayn baxımından G5-dən fərqlənən model, metal çərçivəyə sahibdir. Ağ, qara, platinium olmaqla 3 rəng seçimində sərgilənən modelin dizaynında ən gözə batan hissə modelin IP68 sertifikatı ilə suya və toza davamlı olmasıdır. Belə ki, aparat suyun 1,5 metr dərinliyində 30 dəqiqə ərzində qala və nəticədə heç nə olmamış kimi işini davam etdirə bilər. Telefonun arxa hissəsində 2 kamera və kameraların arasında 2 LED flash quraşdırılıb.

Ənənəvi kilid düyməsi barmaq izi sensoru ilə birlikdədir. Modeldə eyni zamanda USB Type C və 3.5 mm-lik qulaqlıq girişini görmək olar. 5.7 düyümlük ekranda koreyalı mütəxəssislər yeni texnologiyadan istifadə ediblər. FullVision texnologiyasına malik ekran 18:9 görüntü formatına sahibdir. Ekran təhlükəsizliyi isə həmişə olduğu kimi, Corning Gorilla Glass 5 tərəfindən qorunur. LG G6, 4 nüvədən ibarət Snapdragon 821 prosessorundan güc alır. 13 MP dəyərində iki arxa kameraya sahib olan LG G6, 5 MP-lik 100 dərəcə şəkil çəkə bilən selfi kamerasına yiyələnib. Ənənəyə sadiq qalaraq LG bu modeldə də lazer avtofokus texnologiyasından yararlanıb. 3300 mAs batareya ömrü olan cihaz eyni zamanda sürətlə enerji yığma texnologiyasına da sahibdir. LG G6 ilə birlikdə istifadəçilərə 200 dollarlıq Play Store endirimi də təqdim olunacaq. 

 

Cavanşir Məmmədzadə