• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1987
— 28.02.2017 12:01

Qadını boğaraq qətlə yetiriblər

KepezTV Player

Suraxanı rayonu, Hövsan qəsəbəsində qətl hadisəsi qeydə alınıb. 54 yaşlı Anjelika Morozovaya zəng edən yaxınları onun cavab vermədiyini görəndə polisə müraciət ediblər. Evə baxış keçirilən zaman Anjelika Morozovanın başına sellofan torba keçirilmiş vəziyyətdə meyiti tapılıb. Hadisə yerində istintaq hərəkətləri həyata keçirilib, əl barmaq izləri götürülüb. Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə göndərilib. Tibbi ekspertlər müayinə zaman qadının 3 gün əvvəl boğularaq qətlə yetirildiyini müəyyən ediblər. Faktla əlaqədar Suraxanı rayon Prokurorluğunda cinayət işi başlanıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutularaq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat- axtarış tədbirləri həyata keçirilir.

 

Zülfiyyə Telmanqızı