• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 861
— 28.02.2017 10:03

30 gün batareya ömrü olan Nokia 3310 təqdim olundu

Barselonada keçirilən Mobil Dünya Konqresi tam sürətlə davam edir. LG və Huaweidən sonra bu dəfə səhnədə illərin əfsanəsi Nokia öz yerini alıb. Yeni modelinin təqdimatını həyata keçirən şirkət izləyənləri şoka salacaq bir telefon təqdim edib. Söhbət bütün zamanların ən məşhur telefonlarından biri olan Nokia 3310-un yenilənmiş versiyasından gedir. Bugünə qədər 126 milyon ədəd satılmış telefon, bir batareya “canavarı” olaraq geri dönüb. Batareyası, Nokia 3310-a bir dəfəlik 30 gün müddətində işləməyə imkan verir. Sarı, yaşıl və mavi rəngləri ilə çox mükəmməl dizayna malik olan 3310-da əfsanə sayılan Snake oyunu da var. Batareya ilə 79.6 qram olan mobil cihaz iki mikro simi dəstəkləyir. Ona Bluetooth 3.0 modulu və 2Mpxl + LED flash kamera quraşdırılıb. MicroSD dəstəyi ilə kiçik aparat 32 GB yaddaşa sahibdir. İlin ikinci yarısında satışa çıxacaq telefonun qiyməti cəmi 52 dollar olacaq.

 

Cavanşir Məmmədzadə