• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1150
— 28.02.2017 10:01

Yeni Ford Fiesta ST hot-heçi 3 silindrli motora keçdi

Ford şirkəti Fiesta ST modelinin gücləndirilmiş versiyasını hazırlayıb. Əsas dəyişiklik 1,6 litrlik motorun 3 silindrli EcoBoost mühərriki ilə əvəz olunmasıdır. Avtomobilin ictimai debütü Cenevrə avtosalonunda baş tutacaq. Yeni alüminium motor kiçik yüklənmələr zamanı silindrlərindən birini söndürən sistem, birləşdirilmiş yanacaq inyekasiyası və turbokompressora malikdir. Aqreqat 200 at gücündədir və 6 pilləli mexaniki sürət qutusu ilə birləşir. Hot-heç 0-dan “yüzə” kimi sürətini 6.7 saniyəyə yığır. İlk dəfə Ford Fiesta ST-də üç rejim peyda olub: Normal, Sport və Track. Onlar qaz pedalının basılması cavabını və sükan idarəetmə parametlərini dəyişir. Bundan başqa idman rejiminə keçildikdə motorun səsi daha aqressiv çıxır, krəş-kontrol isə dayandırılır. Bu tip Fiesta ST Avropa bazarlarında 2018-ci ildən tez görünməyəcək. Modifikasiya 2 və 5 qapılı variantlarda təklif olunacaq.

 

Cavanşir Məmmədzadə