• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2366
— 28.02.2017 10:02

Yeni smartfon BlackBerry KEYone rəsmi olaraq təqdim edildi

BlackBerry şirkəti rəsmi olaraq BlackBerry KEYone adlı yeni smartfonunu təqdim edib. Yeni model artıq hamıya tanış olan ənənəvi fiziki QWERTY klaviatura özəlliyi ilə tendensiyanı davam etdirir. BlackBerry KEYone-nun korpusu metal çərçivənin üzərində plastik materialdan ibarətdir. Onun ekranını isə bilinməyən materialdan hazırlanmış şüşə örtük qoruyur. Smartfon özündə həm USB Type-C, həmdə 3.5 mm-lik audiogirişi birləşdirir. BlackBerry KEYone-nın QWERTY klaviaturası çox maraqlıdır. Belə ki, o fiziki klaviatura olmaqla yanaşı, həmdə sensorludur. Barmağı klavituraya toxunduranda, ekrandakı səhifələri çevirmək, mətn yazarkən sözləri seçmək və jestlərdən istifadə etmək olar. Texniki göstəricilərə gəldikdə isə smartfon, 4.5 düym IPS ekran, Snapdragon 625 prosessoru, 3 GB RAM, 32 GB daxili yaddaş (microSD özəllikli), 3505 mAs enerji tutumlu batareya (Quick Charge 3.0 sürətli enerji yığma texnologiyası ilə birlikdə), 12 MP-lik arxa və 8 MP-lik ön kamera ilə təchiz olunub. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi vasitəsilə çalışır. BlackBerry KEYone-nı artıq 549$ qiymətinə sifariş etmək olar. Onun satışları isə aprel ayının əvvəlindən start götürəcək.

Cavanşir Məmmədzadə