• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2033
— 27.02.2017 10:26

40 $-lıq aksessuar istənilən qulaqcığı naqilsiz edir

Podo Labs startapı istənilən naqilli qulaqcığı Bluetooth vasitəsilə smartfona qoşa bilən adapteri istehsal etmək üçün Kickstarter saytında 650 min dollardan çox pul yığıb. Layihəni təxminən 14 min adam maliyyələşdirib. Jack adlı aksessuar iPhone 7, LeEco Le 2 və ya HTC 10 evo kimi smartfonlarda qulaqcıqları taxmaq üçün 3,5 millimetrlik portun olmaması problemini aradan qaldırır. Qacetin iş prosesi çox sadədir: əvvəlcə qulaqcıqları onun audioportuna qoşmaq lazımdır, bundan sonra adapter naqilsiz yolla mobil cihazla birləşir. Jack-də müxtəlif tətbiqetmələr tapmaq olar. Məsələn, qurğunu dinamiklər üçün Bluetooth-adapter kimi də istifadə etmək və musiqini “hava yolu” ilə işə salmaq, avtomobilin multimedia sistemi və televizorun audioportuna qoşmaq mümkündür. Jack-in həm də eyni vaxtda iki cihaza, məsələn smartfon və planşetə qoşulmaq, onlar arasında əlaqə yaratmaq imkanı var. Podo Labs startapından bildiriblər ki, Jack “CD keyfiyyətli” səs çıxaran aptX texnologiyasını dəstəkləyir. Adapterin batareyası 12 saata bəs edir. Yeni qurğunu sifariş vermək üçün 30 dollar tələb olunur. İlk çatdırılmalar iyun ayına planlaşdırılıb. Jack-in pərakəndə satışı isə 40 dollardır.

Cavanşir Məmmədzadə