• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1321
— 27.02.2017 10:28

Uzun müddət enerji saxlayan LG X Power 2 təqdim olundu

LG şirkəti yeni smartfonu LG X Power 2-ni təqdim edib.Yeni model, keçən il satışa çıxmış LG X Power-in davamçısıdır. LG X Power 2, 4500 mAs enerji tutumlu batareyaya sahibdir. Şirkətin məlumatına əsasən tam şarj olunmuş halda smartfon vasitəsilə 15 saat video izləmək, 14 saat GPS-dən istifadə etmək və 18 saat internetdə lazımi işləri görmək olar. Sürətli enerji yığma texnologiyası sayəsində LG X Power 2, 1 saat ərzində 50% şarj oluna bilir. Tam enerji yığma müddəti isə 2 saatdır. Smartfonun texniki göstəricilərinə gəldikdə, o, 5.5 düym HD ekran, 8 nüvəli prosessor, 1.5/2 GB RAM, 16 GB daxili yaddaş (microSD özəllikli), 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub. Ön kamerada da işıqlandırma sistemi var. Smartfon, Android 7.0 Nougat əməliyyat sistemi üzərində çalışır. Qiyməti isə hələki məlum deyil.

Cavanşir Məmmədzadə