• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 964
— 25.02.2017 20:19

Gəncə sakini bıçaqlanıb

Gəncədə bıçaqlanma faktı qeydə alınıb. Şəhər sakini 39 yaşlı Raiz Əliyev Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirilib. Həkimlərin müayinəsi zamanı onun sol sarğı nahiyyəsinin  və alın nahiyyəsinin kəsilmiş deşilmiş yarası aşkar olunub. Yaralı dərhal əməliyyat edilib və palataya yerləşdirilib. İlkin məlumata görə Raiz Əliyev tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Faktla bağlı araşdırma aprılır.

Mehman Hüseynov - həkim: "Növbə ərzində xəstənin tanıdığı şəxs tərəfindən üzərində çox saylı kəsilmiş deşilmiş yaralarla xəstə daxil olub. Xəstə şöbəmizdə bir başa əməliyyata götürülüb və yardım olunub. Hazırda şöbədədir ümumi vəziyyəti stabildir, müalicə davam etdirilir."

Elnur Vahidoğlu