• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1877
— 25.02.2017 14:39

Gəncədə iki bacını öldürən şəxs saxlanılıb

KepezTV Player

Cinayəti törədən Bərdə rayon sakini, 55 yaşlı Sənan Məmmədovdur. O, fevralın 22-də şəhərin Abdulla Sur küçəsi, 70 ünvanında 57 yaşlı Rəna Nəbiyeva və onun bacısı 78 yaşlı Zəhra Abdullayevanı öldürdüyünə görə məsuliyyətə cəlb edilib. Faktla bağlı Gəncə şəhər Prokuroroluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci, yəni qəsdən iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Zəruri istintaq tədbirləri davam etdirilir.

Anar Haqverdiyev- Gəncə şəhər prokurorunun böyük köməkçisi: “Aparılmış ilkin istintaq tədbirləri nəticəsində saxlanılan şəxs qeyri- rəsmi ər arvad münasibətində olduğu Rəna Nəbiyeva ilə aralarında baş vermiş ailə- məişət münaqişəsi zəminində hadisəni törətməsi barədə məlumat verib”.

Elnur Vahidoğlu