• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1750
— 25.02.2017 10:53

Porsche 5 ən güclü antiqanadı olan avtomobillərini göstərdi

Porsche avtoistehsalçıları özlərinin ən yaxşı spoyler və antiqanadları olan avtomobillərini seçiblər. Markanın tarixində ən üst sırada olan bu tip 5 maşın şirkətin keçmiş yarış direktoru Norbert Zinqer tərəfindən açıqlanıb. Zinqerin siyahısında 5-ci yerdə Cayman GT4 modelidir. Onun kiçik spoyleri və iri antiqanadı var. Sıralamada növbəti yeri 959 modeli tutub, üçüncü yerdə isə özünün “ördək quyruğu” ilə məşhur olan 911 Carrera RS 2.7 maşını qərarlaşıb. Hərəkət edən spoyleri olan yeni Panamera ikinci yerdədir. Və nəhayət siyahının üst yerində iri antiqanadı olan Porsche 935 Moby Dick yarış avtomobilidir, o, Le-Man yarışlarında saatda 366 kilometr sürət yığıb.

Cavanşir Məmmədzadə