
Qazaxda yol qəzası olub, xəsarət alanlar var. Yuxarı Salahlı kəndində Elsevər Ələkbərovun sükanı arxasında olduğu "Nissan" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Nəticədə sürücü və sərnişin, Şəmkir rayon Keçili kənd sakini, 21 yaşlı Ülfət Əjdərli müxtəlif xəsarətlərlə alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə çatdırılıb. İlkin ehtimala görə, qəzaya sürücünün sükan arxasında yuxulaması səbəb olub. Faktla bağlı araşdırma aparılır.
- Baxış: 423