• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1108
— 24.02.2017 10:03

Yeni McLaren superkarı 200 km/saat sürəti 4,6 saniyəyə dayandırır

McLaren Automotive şirkəti dizaynı 650S-ə bənzəyən superkarının tizerini göstərib. Böyük Britaniya markasının təqdim etdiyi videoçarxda kamuflyajla örtülmüş yeni prototip Kris Qudvin tərəfindən test edilir. İstehsalçılar bəyan ediblər ki, avtomobil 200 km/saat sürətlə şütüyərkən tam dayanmasına cəmi 4,6 saniyə, yəni 117 metr kifayət edir. Bu göstərici 650S-ə nisbətən 6 metr az olsa da, P1 hibrid hiperkarının göstəricilərinə yaxındır. Müqayisə üçün qeyd edək ki, 650S bu tapşırığı 8,4 saniyəyə yerinə yetirir. Superkar 4 litrlik 8 silindrli 270 at güclü mühərriklə təchiz olunub. Modelə yeni karbon monokok materialı, modernləşdirilmiş adatip şassi, xüsusi drift-rejim, fərqli eqzoz borusu və aktiv aerodinamik elementlər quraşdırılıb. Avtomobilin premyerası Cenevrəyə planlaşdırılıb.

 

Cavanşir Məmmədzadə