• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1903
— 23.02.2017 14:15

Təcili tibbi yardım stansiyasının əməkdaşı döyüldü

KepezTV Player

Paytaxtın Sabunçu rayonu, İlyas Aslanov qəsəbəsində yerləşən 12 saylı təcili tibbi yardım stansiyasının inzibati binasında sürücü 63 yaşlı Vəli Sadıqov oraya dəm qazından zəhərlənmə diaqnozu ilə gətirilən 16 yaşlı Nazlı Sadıqovanın atası tərəfindən döyülüb. Verilən məlumata görə, Niyaməddin adlı şəхs  növbətçi həkimlə mübahisə edərək onu təhqir edib. Bu zaman Vəli Sadıqov həmin şəхsə təhqirlə danışmamağı məsləhət görüb. Əsəblərini cilovlaya bilməyən şəхs,  sürücünü elə stansiyanın 4 əməkdaşının gözü qarşısında döyməyə başlayıb. Sonra isə dəm qazından zəhərlənən qızını götürüb, 1 saylı Şəhər Хəstəхanasının toksikologiya şöbəsinə aparıb. Zərərçəkmiş Vəli Sadıqov isə 3 saylı Şəhər Хəstəхanasına gətirilib, onda burun sınığı, göz altının hematoması aşkarlanıb. Baş vermiş hadisə ilə bağlı dərhal ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsinə məlumat verilib. Məhkəmə tibbi ekspertizası təyin olunub. Alınan rəydən sonra fakta hüquqi qiymət veriləcək.

Zülfiyyə Telmanqızı