• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1302
— 22.02.2017 15:09

Goranboyda baytarlar hərəkətə keçib

KepezTV Player

400 min başdan artıq ev quşu, 42 min iribuynuzlu, 160 mindən çox xırda buynuzlu heyvanın bəsləndiyi Goranboyda baytarlar hərəkətə keçib. ARB Kəpəz xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin epizootik tədbirlər planına uyğun olaraq fərdi və fermer təsərrüfatlarında saxlanılan iribuynuzlu heyvanlar qaraya, ev quşları Nyukasl, eləcə də sahibli itlər quduzluğa qarşı peyvənd edilir. Fevralın sonuna kimi mal-qara və itlərin peyvəndlənməsi başa çatacaq. Gələn aydan başlayarq heyvanların dabaq xəstəliyinə qarşı peyvənd olunmasına başlanılacaq. Ev quşlarının peyvəndlənməsi isə davam etdiriləcək.

Nurlan Hümbətov- təsərrüfat sahibi: “Kənd təsərrüfatında saxlanılan bütün heyvanların, eləcə də ev quşlarına vurulan peyvəndlərin çox böyük köməyi dəyir. Xəstəliklərin qarşısını aldığı kimi heyvanların məhv olmasının da qarşısını alır”.

Elsevər Hüseynov- Goranboy rayon Baytarlıq İdarəsinin rəisi: “Məqsəd peyvəndləmədə xəstəliyin qarşısını öncədən almaqdır. Qarayara bildiyimiz kimi xüsusi təhlükəli zonoz mənşəli heyvandan insana keçən xəstəlikdir. Quşlar arasında Nyukasl xəstəliyi də xüsusi təhlükəli xəstəliklərdən hesab olunur. Quşlar arasında kütləvi qırğınla nəticələnə bilən xəstəlik hesab olunur. Ona görə də quşlar arasında peyvəndləmənin vaxtında aparılması bu kimi infeksion xəstəliklərin və quşlar arasında ölüm hallarının qarşısını alır”.

 

Elton Cabbarlı