• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1976
— 22.02.2017 12:20

Narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanıldı

KepezTV Player

Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb. Müxtəlif çeşiddə zərərli vasitə aşkar edilərək götürülüb.


Sumqayıt Şəhər Polis İdarəsi 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən 1-ci məhəllə ərazisində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Corat qəsəbəsi ev 504-də yaşayan 31 yaşlı Əsəd Quliyev şübhəli şəxs qismində saxlanılıb. Onun üzərindən ümumi şəkisi 4.590 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Araşdırma zamanı Əsəd Quliyevin narkotik vasitəni Sumqayıt şəhər 14-cü məhəllə, ev 23-də kirayədə yaşayan, əvvəllər məhkumluq həyatı yaşamış 34 yaşlı Musa İbrahimovdan aldığı müəyyən edilib. İbrahimovun mənzilinə baxış zamanı oradan 120.018 qram heroin, 238.907 qram tiryək və 76.583 qram marixuana aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
 

Zülfiyyə Telmanqızı