• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2192
— 22.02.2017 10:03

Yeni Chevrolet Camaro saatda 320 kilometr sürət yığdı

Chevrolet Camaro modelinin yeni ZL1 yarış modifikasiyasının dimanik xüsusiyyətləri üzə çıxıb. Modelin sınaqları nəticəsində aydın olub ki, o, saatda 318 kilometr sürət yığa bilir. “Kamaro” Almaniyanın Papenburq poliqonunda test edilib. Sınaqlar Goodyear Eagle F1 Supercar 3 şinləri geyindirilmiş standart sportkarla yerinə yetirilib. Seriyalı maşınla yeganə fərq sürücünün əlavə təhlükəsizlik və ölçü avadanlıqlarının peyda olmasıdır. Camaro hər iki istiqamətə 12,3 kilometr məsafə qət edib. Birincidə avtomobil sürətini 325, ikincidə isə 311 km/saata çatdırıb. Bu göstəricilərlə ortalama sürət kimi 320 km/saat götürülüb. Bundan savayı 10 pilləli avtomatik sürət qutusuna malik sportkarın ilk 96 km/saat sürəti cəmi 3,5 saniyə yığdığı məlum olub. Chevrolet Camaro ZL1, 650 at güclü 6,5 litrlik motorla hərəkətə gəlir. Model əvvəlkinə nisbətən 91 kq “çəki itirib”. Mexaniki transmissiya ilə yeni Camaro 63,4 min dollar, avtomatiklə isə 65,8 min dollardır.

 

Cavanşir Məmmədzadə