• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1911
— 21.02.2017 13:16

Bir gecədə 4 avtomobil qarət olundu

KepezTV Player

Xətai rayonunda isə bir gecədə 4 avtomobil qarət olunub. Hadisə Rahib Məmmədov küçəsi, 22 saylı binanın qarşısında baş verib. Əvvəlcə avtomobillərin yan şüşələrini silərək içinə baxan şəxs və ya şəxslər daha sonra şüşələri sındırıblar. Maşınları qarət etdikdən sonra isə ona təpiklə ziyan vurublar. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 36-cı polis bölməsinə məlumat verilib. Hadisə yerinə gələn əməliyyatçılar əl-barmaq izləri götürüblər. Hazırda naməlum şəxslərin yaxalanaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. 

Zülfiyyə Telmanqızı