“ASAN” Xidmət qərb regionu sakinlərinin işini asanlaşdırıb. Səyyar “ASAN” avtobus Şəmkirdə fəaliyyətə başlayıb. 1 ay ərzində rayonda olacaq avtobusla yanaşı, “ASAN” qatar da qərb regionu sakinlərinin xidmətindədir.
"ASAN xidmət"in səyyar avtobusu Şəmkirlə yanaşı, ətraf rayonların da sakinlərinə xidmət göstərir. Vətəndaşlar notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, daşınmaz əmlak pensiya təyinatı şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının verilməsi, eləcə də dəyişdirilməsi, sürücülük vəsiqəsinin dəyişdirilməsi kimi xidmətlərdən yararlana bilərlər.
Buludxan Həsənov- sakin: “Sürücülük vəsiqəmi dəyişdirdim. Vaxtı bitmişdi. Çox asan oldu. Tovuza və yaxud da Gəncəyə getmək vaxt aparır. Çox sağ olsunlar, çox razı qaldıq”.
Habil Dəmirov- sakin: “Evliliklə bağlı sənəd lazım idi. Çox asanlıqla sənədlərimi verdim. Lazımi sənədi aldım”.
Artıq Şəmkirdə 4-cü dəfərdir olan səyyar avtobusun xidmətlərindən 50 mindən çox sakin yararlanıb.
Nail Məmmədov- qrup rəhbəri: “Artıq iki iş günüdür Şəmkirdə fəaliyyətə başlamışıq. Bu müddətdə 800- ə yaxın vətəndaşa xidmət göstərilib. Daha çox müraciətlər daşınmaz əmlak ümumvətəndaş pasportların alınması və dəyişdirilməsi notariat fəaliyyətinə aiddir”.
Qərb bölgəsinin digər bir rayonu Tovuzda "ASAN" qatar lövbər salıb. Qazaxdan sonra 15 günlük dayanacaq müddətində Tovuz, Ağstafa və Qazax sakinləri də göstərilən xidmətlərdən yararlanır. Qazax rayonunda 5 min vətəndaş yararlandığı qatarın növbəti dayanacağı rayonun Qovlar şəhəri olacaq.
Natiq Hüseyn
- Baxış: 1279