• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 893
— 18.02.2017 01:01

İki ev qarın ağırlığına tab gətirmədi

KepezTV Player

Cəlilabadın Sadatlı kəndində Yadulla Absova məxsus ev qarın ağırlığına tab gətirməyərək tamamilə uçaraq yararsız hala düşüb. Eyni gündə İsbat Qafarova məxsus fərdi yayayış evinin isə çardaq hissəsi çöküb. Hər iki hadisə zamanı xəsarət alan olmayıb. Rayon Fövqaladə Hallar komissiyasından verilən məlumata görə ziyan dəymiş evlərə baxış keçirildikdən sonra vətəndaşlara lazımı köməklik göstəriləcək. Cəlilabadın rayon mərkəzində qarın qalınlığı 40 santimetr, kəndlərdə isə 1 metrə yaxındır .