• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1923
— 17.02.2017 13:16

Gömrük nəzarətindən gizlədilən xeyli sayda siqaret aşkar olunub

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan ölkəmizə idxal sərnişin xətti ilə gələn Azərbaycan vətəndaşının əl çantalarına baxış keçirilib. Bu zaman həmin çantalarda gömrük nəzarətindən gizlədilən 4000 ədəd siqaret olduğu məlum olub. Həmçinin DGK-nın Aksiz Baş Gömrük İdarəsinə aksiz markasız siqaretlərin ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilərək satılması barədə əməliyyat məlumatı daxil olub. Həmin məlumat əsasında, idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən fevralın 16-da əməliyyat tədbirləri keçirilib. Əməliyyat tədbirləri nəticəsində, ölkə vətəndaşı Şahin Əliyevin idarə etdiyi "VAZ-21074" markalı minik avtomobili Bakı şəhərinin Suraxanı rayonu, Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində saxlanılıb. Avtomobilə baxış zamanı külli miqdarda aksiz markasız xarici markalı siqaret aşkar edilərək götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.

Zülfiyyə Telmanqızı