• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1145
— 17.02.2017 10:05

Meizu M5s rəsmi olaraq təqdim olundu

Gözlənildiyi kimi "Meizu” şirkəti öz yeni və büdcəli smartfonu Meizu M5s-i təqdim edib. Yeni smartfon, keçən il satışa çıxmış M3s-in davamçısıdır. Mobil cihaz 5.2 düymlük HD ekran (2.5D qoruyucu şüşəli), 8 nüvəli MediaTek MT6753 prosessoru, 3 GB RAM, 16/32 GB daxili yaddaş (microSD özəllikli), 3000 mAs enerji tutumlu batareya (mCharge 18w sürətli şarj funksiyalı) ilə təchiz olunub. Kameralara gəldikdə isə smartfon, faza avtofokuslu və ikirəngli işıqlandırma sisteminə sahib 13 MP-lik arxa kamera və 5 MP-lik ön kameraya yiyələnib. Meizu M5s, Android 7.0 əməliyyat sistemi vasitəsilə çalışır. Bundan əlavə smartfonun metal korpusu və barmaq izini tanıyan skaneri var. Sözügedən aparat bu ayın sonunda Çində, daha sonra digər bazarlarda satışa çıxarılacaq. Onun 16 GB daxili yaddaş versiyası 116$, 32 GB daxili yaddaş versiyası isə 145$ qiymətinə təklif olunacaq.

Cavanşir Məmmədzadə