• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1003
— 16.02.2017 10:01

General Motors növbəti avtopilotununun işini göstərdi

General Motors konserni pilotsuz Chevrolet Bolt modelinin işini nümayiş etdirib. Avtomobil yarım saat ərzində San-Fransisko küçələrində sərnişinsiz hərəkət edib. Bolt bir neçə dəfə sərnişinlərə yol verib, “Stop” nişanı olan yerdə dayanıb və həmişə işıqforun siqnalı ilə hərəkət edib. Çətin kəsişmələrdə avtopilot sola dönərkən qarşıdakı nəqliyyat vasitəsinə yol verib. Buna baxmayaraq bir dəfə avtomobil ştatdankənar vəziyyətə düşüb. Belə ki, sürücüsüz maşın qarşıdakı yük maşınını ötüb keçməklə qaydaları pozub. Bu, GM tərəfindən göstərilən avtopilotla bağlı ikinci video çarxdır.

 

Cavanşir Məmmədzadə