• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 918
— 16.02.2017 10:02

Sərnişin dronları yayda mütəmadi uçuşlara başlayır

EHang 184 adlı sərnişin dronları yayda Dubayda fəaliyyətə başlayacaq. Bununla bağlı Beynəlxalq sammitdə Dubayın yol və nəqliyyat agentliyinin rəhbəri Mattar əl-Taer açıqlama yayıb. Onun sözlərinə görə, dronlar Çinin Ehang şirkəti tərəfindən istehsal olunur. Yerdən 4G şəbəkəsi ilə nəzarətdə saxlanılan dron artıq sınaqlardan da keçib. Təcrübəli EHang 184  ötən il təqdim olunmuşdu. Uçan aparat özü ilə 100 kiloqrama yaxın adam və kiçik çemodan daşıya bilir. Uçuşdan qabaq sərnişin gedəcəyi yeri sensor ekran vasitəsilə təyin etməlidir, bundan sonra dron müəyyən edilmiş yerə avtomatik rejimdə uçmağa başlayır. EHang 184 ən uzağı 50 km məsafə qət edir. Onun uçuş vaxtı isə yarım saatla məhdudlaşdırılıb. Maksimal sürət 160 km/saat-a çatır.

 

Cavanşir Məmmədzadə