• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1588
— 15.02.2017 11:22

Subaru Legacy sedanı yeniləndi

Çikaqo avtosalonunda restaylinqə uğramış Subaru Legacy avtomobili sərgilənib. Bu dəfə yaponlar xırda yeniliklərlə kifayətlənməyiblər. Onlar sedanı yeni parametrlər, asma və transmissiya ilə təmin ediblər. Model ili 2018 olan Subaru Legacy-ni düzəliş edilmiş optika, yenilənmiş radiator barmaqlığı və yeni aerodinamik quruluşuna görə tanımaq olar. Avtomobilin interyerində yeni sükan, fərqli klimat-kontrol, 8 düymlük ekranı olan multimedia sistemi peyda olub. Kondisionerin işi optimallaşdırılıb. Sedanın motor qamması əvvəlki kimi qalıb. 2,5 litrlik 4 silindrli və 3,6 litrlik 6 silindrli mühərriklər yerindədir. Onlar müvafiq olaraq 175 və 256 at gücünə malikdir. Onlar indi alternativsiz səsi və vibrasiyası azaldılmış variatorla işləyir. Subaru Legacy tam ötürücü sistemlə komplektləşdirilib. Təzələnmiş sedanın satışı yayda başlayacaq.

Cavanşir Məmmədzadə