• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 855
— 15.02.2017 11:21

Audi ilk elektrikli krossoverini anons etdi

Audi şirkəti özünün ilk elektrikli krossoverinin istehsalına 2018-ci ildən start verəcək. Alman brendin bütün gələcək elektrokarları kimi bu maşının da adına E-Tron sözü əlavə olunacaq. Şirkətin satış və marketinq işlərinə rəhbərlik edən Ditmar Foqqenrayterin sözlərinə görə, Audi elektrikli yolsuzluq maşını hazırlayan ilk premial istehsalçı olacaq. Yenilik Q5 və Q7 modelləri arasında yer alacaq. Elektromaşının ehtiyat gedişi 500 kilometr təşkil edir. İstehsalata Brüsseldə yerləşən zavodda başlanacaq, burada nəinki maşının yığılması, hətta bütün elektrik komponentlərin hazırlanması həyata keçiriləcək. Konstruktiv baxımdan avtomobil 2015-ci ildə təqdim olunmuş e-tron konseptini təkrarlayacaq. Maşını üç elektromühərriklə təchiz ediblər: ikisi arxa, biri ön ox üzərində. Ümumi güc isə 435-503 arasındadır.
Cavanşir Məmmədzadə