• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2129
— 15.02.2017 11:21

Adi noutbuku 3 ekranlı kompüterə necə çevirmək olar?

JerryRigEverything adlı YouTube kanalının istifadəçisi, adi noutbuku təkmilləşdirib necə 3 ekranlı kompüter halına gətirdiyini göstərib. Müəllif sözügedən təkmilləşdirməni reallaşdırmaq üçün Razer Project Valierie kompüterindən ilhamlanıb. Beləliklə o öz Toshiba markalı noutbukuna iki ədəd 16 düymlük AOC ekran qoşub. Həmin iki ekran əsas ekrana USB vasitəsilə birləşir və əlavə enerji sərfiyyatı üçün onları elektrik cərəyanına qoşmaq lazım deyil. İki ekranı “müəllif” əsas noutbook qapağının arxa hissəsinə qapı petlələri və yapışdırıcı vasitəsilə bərkidib. Məhz buna görə kompüter yığılmış vəziyyətdə kompakt görünür. Bunu etmək üçün o ümumilikdə 300$ vəsait xərcləyib. Təbii ki, noutbook-un öz qiyməti nəzərə alınmır.

Cavanşir Məmmədzadə