• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2166
— 14.02.2017 18:12

30 min zəlinin qaçaqmalçılıq yolu ilə ölkədən çıxarılmasının qarşısı alındı

KepezTV Player

İran vətəndaşının 30 min ədəd zəlini qaçaqmalçılıq yolu ilə ölkəmizdən çıxarmasının qarşısı alınıb. Gömrükçülərin səyi nəticəsində aşkarlanan zəlilər Mingəçevirdə xüsusi hovuzlara buraxılıb.

İran vətəndaşı Zahedi Qulamrza 30 min zəli ilə Astara Gömrük məntəqəsində saxlanılıb. Həmin zəlilər heç bir dövlət qurumlar;ndan xüsusi icazə alınmadan Masallı rayonunda yerləşən göllərdən qan sovuraraq toplanmış və sonradan həmin zəlilərin satışının təşkil edilməsi məqsədi ilə qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasına aparılmağına cəhd göstərilmişdir. Artıq cinayət işi üzrə İran İslam Resbulikasının vətəndaşı Zahidi Qulamrıza Əbülfəz oğlu cinayət məsuliyyətinə cəlb edilmişdir.

Zəlilər bioloji mühafizələrin təmini və yenidən təbiətə qaytarılması üçün Mingəçevirə gətirilib. Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun əməkdaşlarının iştirakı ilə elmi təcrübə məntəqəsindəki xüsusi hovuzlara buraxıldı.

Zoologiya institutunun direktoru Elman Yusifovun sözlərinə görə, müayinələr zamanı zəlilər arasında insan sağlamlığı üçün təhlükə törədənlərin olduğu aşkarlanıb. Bir müddətdən sonra zəlilər optimal şəraiti olan müxtəlif göllərə paylanılacaq. İstintaq müddəti başa çatana kimi 30 min ədəd zəli Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun Mingəçevirdə yerləşən Elmi Təcrübə məntəqəsində saxlanılacaq. 

 

Zülfiyyə Telmanqızı