• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2060
— 14.02.2017 18:23

Narkotik dövriyyəsi edənlərin dövranı qazamatda dövr edəcək...

KepezTV Player

Ehtiyac öz qaydalarını özü yazır. Amma bir baxır ehtiyaca, bir də baxır onun qaydasına... Əl qərəz, ehtiyac narkotik olanda, qaydası da səhv həyat tərzi olur. Həyatının tərzini narkotiklə pozan daha üç şəxs saxlanılıb...

Narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti əməliyyat-axtarış tədbiri həyata keçirilib. Cəlilabad rayon sakini Ramil Həsənov Ələt-Astara magistral yolunun 120-ci kilometrliyində saxlanılıb. Onun əlindəki sellofan torbaya baxış zaman oradan 10 kiloqram 100 qram yüksək psixotrop xassəyə malik tiryək aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ilkin ifadəsində narkotik vasitəni satmaq niyyəti ilə əvvəldən tanıdığı İran vətəndaşından aldığını bildirib.

Şəmkir rayon polis şöbəsinin əməkdaşları isə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini Valeh Məmmədovu saxlayıblar. Onun üzərinə baxış zamanı ümumi çəkisi 8,89 qram marixuana aşkarlanıb. Ətrafında aparılan əməliyyat tədbirləri ilə Valeh Məmmədovun həmin narkotik vasitəni həmyerlisi Süleyman Hüseynovdan aldığı müəyyən edilib. Polis Süleyman Hüseynovu da saxlayıb. Onun üzərindən 6,86 qram, evindən isə 442,59 qram marixuana aşkar edilərək götürülüb. Faktlar üzrə cinayət işi açılıb, araşdırma aparılır.
 

Natiq Hüseyn