• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1532
— 14.02.2017 10:02

Kraş-testlər üçün nəzərdə tutulan manekenlər daha böyük və kök olacaq

Kraş-testlər üçün hazırlanan manekenlərin daha “qoca” və “ağır çəkili” olmasına ehtiyac yaranıb. Bu qərara Miçiqan Universitetinin Beynəlxalq avtomobil tibb mərkəzinin əməkdaşları gəliblər. Araşdırmaçılar cari manekenlərin müasir amerikalıların bədən ölçülərinə uyğun gəlmədiyini bildirirlər. Hesab edilir ki, Amerika  əhalisi daha yaşlı və kökdür, bu səbəbdən də keçirilən kraş-testlər və təhlükəsizlik sistemlərinin hazırlanmasında bu amil nəzərə alınmalıdır. Kaliforniya Universitetinin 2013-cü ildən apardığı araşdırmaların nəticəsi isə onu göstərir ki, ağır çəkidən əziyyət çəkən sürücülərin 78 faizi avtomobil qəzalarında böyük risk altına düşürlər. Miçiqan Universitetinin mütəxəssisləri Humanetic firması ilə birgə, özlərinin qeyd etdiyi kimi “ən düzgün” maneken hazırlayıblar. Yeni kukla 122 kiloqram çəkidədir və standart versiyanı 55 kq üstələyir. Bundan başqa 70 yaşlı və ağır çəkili qadını yamsılayan maneken də düzəldilib. Yenilənmiş manekenlərlə kraş-testlərin nə vaxt keçiriləcəyi bilinmir.

 

Cavanşir Məmmədzadə