• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1902
— 14.02.2017 10:01

Agility Robotics şirkəti ikiayaqlı davamlı robot hazırladı

İkiayaqlı robot düzəltmək mühəndislər üçün heç də asan iş deyil. Çünki belə robotlar dözümlü olmalıdır və bir yerdən başqa yerə keçməyi bacarmalıdır. Bir çox şirkət bu tip robotların hazırlanması ilə məşğul olur. Amma ən yeni uğura nail olan Oreqon Universitetinin Agility Robotics şirkətidir. İkiayaqlı Cassie robotu insanın aşağı yarısını xatırladır. Robotun yerişini straus və ya yırtıcı dinozavrla müqayisə etmək olar. Cassie, ATRIAS robotunun əsasında ərsəyə gəlsə də, ondan üstündür.

 

Cavanşir Məmmədzadə