• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 780
— 13.02.2017 23:54

Qayın qazamata yeznəsi ilə getmək istədi

KepezTV Player

 Abşeron Rayon Polis İdarəsinə ərizə ilə müraciət edən  Elvin Süleymanov  Xırdalan şəhəri, Nizami küçəsində yerləşən, ona məxsus ərzaq mağazasından oğurluq olunduğunu bildirib. Araşdırmalara başlayan polis əməkdaşları cinayət əməlini törətməkdə şübhəli bilinən Goranboy rayonu Balakürd kənd sakini Ramil Tanrıverdiyev və onun qaynı Ucar rayonu Qaradağlı kənd sakini İsa İsmayılovu saxlayıb. İlkin dindirilmə zamanı qohumlar törətdikləri cinayəti etiraf ediblər. Nəticədə məlum olub ki, bu təklif qayına yeznədən gəlib.Saxlanılan şəxslər mağaza sahibinə ümumilikdə 3 min manatdan artıq ziyan vurublar. İstintaq zamanı onların digər oğurluq faktlarının da üstü açılıb. Belə ki, qohumlar müxtəlif yerlərdən  tikinti avadanlıqları, velosiped, eyni zamanda paltar oğurlayıblar.Faktlarla bağlı Abşeron rayon polis idarəsində cinayət işi başlanıb araşdırma aparılır.