• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2102
— 13.02.2017 23:51

Oğurluğu bir edən dostlar qazamata da bir gedəcəklər

KepezTV Player

Polis tərəfindən şübhəli avtomaşın aşkar edilib. 3 nəfərin "VAZ-2106" markalı avtomobillə əraziyə oğurluq etmək üçün gəldiyi ehtimal olunub.  Çox keçməyib ki, ehtimallar özünü doğruldub. Həmin şəxslər elə iş başında yaxalanıblar. Dindirmə zamanı məlum olub ki, oğurluğa cəhd edənlər Yevlax şəhər sakini, 24 yaşlı Təbriz Yusubov  və onun həmyerlisi, 4 dəfə məhkumluq həyatı yaşamış 38 yaşlı  Rəşad Yusubovdur.  O, 2 dəfə Rusiya Federasiyasında, 2 dəfə isə ölkə ərazisində azadlıqdan məhrum edilib. Hadisədə adı hallanan digər şəxs, sürücü Pərviz Qurbanov isə  ifadəsində iki şəxsin əməlindən xəbərsiz olduğunu və onları əraziyə müştəri qismində Yevlax şəhərindən gətirdiyini bildirib.  Araşdırmaların davamında məlum olub ki, Təbriz bir neçə gün əvvələ qədər həmin fermada çoban işləyib.  Saxlanılan hər üç şəxs aidiyyəti üzrə Ağcabədi polisinə təhvil veriləcək.